İslamiada: Azərbaycanın voleybol yığmaları üçün təqvim açıqlanıb
- 04 avqust, 2022
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ - avqustun 8-nə təsadüf edəcək.
Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.
İslam Həmrəyliyi Oyunları
Qadınlar
B qrupu
8 avqust
17:00. Seneqal - Azərbaycan
10 avqust
14:00. Əfqanıstan - Azərbaycan
12 avqust
14:00. Kamerun - Azərbaycan
Kişilər
A qrupu
9 avqust
11:00. Sudan - Azərbaycan
11 avqust
20:00. Azərbaycan - Kamerun
13 avqust
17:00. Azərbaycan - Mərakeş
Qeyd edək ki, İslamiada 9 - 18 avqustda keçiriləcək.