Hokkeyçilər Aleksandr Lukaşenkonun izlədiyi oyunda dalaşıblar - VİDEO
Komanda
- 27 fevral, 2019
- 10:17
Bakı 27 fevral. REPORT.AZ/ Belarusda hokkeyçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun da canlı izlədiyi oyunda dalaşıblar.
“Report” xəbər verir ki, insident Minsk “Dinamo”su və Belarus Ekstraliqasında çıxış edən hokkeyçilərdən ibarət yığmanın qarşılaşmasında baş verib. Paytaxt təmsilçisinin 2:4 hesabı ilə uduzduğu görüşün final sirenası çalınandan dərhal sonra “Dinamo”dan Oleq Yevenko ilə rəqib oyunçular İqor Brikun və Yeqor Qaynetdinovun iştirakı ilə dava düşüb.
Hakimlərin və digər hokkeyçilərin müdaxiləsindən sonra tərəfləri bir-birindən ayırmaq mümkün olub.
Qeyd edək ki, “Minsk-Arena”da baş tutmuş görüş iki qələbəyə qədər davam edəcək seriyanın ilk matçıdır. Növbəti oyun fevralın 28-də “Çijovka Arena”da keçiriləcək.
Hokkeyçilər Aleksandr Lukaşenkonun izlədiyi oyunda dalaşıblar - VİDEO
Son xəbərlər
21:40
Video
İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb
Region21:19
Foto
Bərdədə yol qəzası olub, xəsarət alanlar var
Hadisə21:09
Xalq artisti Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq
Mədəniyyət siyasəti21:07
Qalibaf ABŞ-nin maliyyə təzyiqləri ilə bağlı hədələrinə inanmır
Region21:05
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Komanda20:55
Foto
Daşkənddə "Whispers of Wisdom" sənədli layihəsinin nümayişi keçirilib
Region20:47
Cənubi Sudanda BMT-nin 2 sülhməramlısı öldürülüb
Digər ölkələr20:39
Foto
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
Mədəniyyət siyasəti20:38
Foto