Həndbol üzrə Azərbaycan çempionatı: lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq

Komanda
  • 23 dekabr, 2023
  • 06:36
Həndbol üzrə Azərbaycan çempionatı: lider bu gün ən yaxın izləyicisi ilə qarşılaşacaq

Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında VI turun təqvimi bəlli olub.

“Report”un məlumatına görə, bu gün və dekabrın 24-də keçiriləcək oyunların hamısı “AHF Arena” İdman Kompleksində təşkil ediləcək.

Qadınların yarışında mərkəzi görüşdə itkisiz irəliləyən “Qarabağ” ən yaxın izləyicilərindən olan “Kür”lə qarşılaşacaq. Liderliyə can atan “Azəryol” isə hələ də xala həsrət qalan “Gənclər Birliyi”ni sınağa çəkəcək.

Kişilərin liqasında ilk 5 matçın hamısında qələbə qazanan “Kür” bu tur istirahət edəcək. Bu da “Bakı” və “Qarabağ”a liderə yaxınlaşmaq imkanı verəcək. Hər iki komanda autsayderlər qrupunda qərarlaşan rəqibləri ilə üz-üzə gələcək.

Qadınlar arasında bu gün baş tutacaq “Qarabağ” - “Kür” oyunu Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan çempionatı
VI tur

Qadınlar
23 dekabr

12:00. “İdman Akademiyası” - “Bakı”
14:00. “Qarabağ” – “Kür”
24 dekabr
10:00. “Gənclər Birliyi” – “Azəryol”
Xal durumu: “Qarabağ” - 10, “Azəryol”, “Kür” – 7, “İdman Akademiyası” - 4, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
23 dekabr

16:00. “İdman Akademiyası” - “Bakı”
24 dekabr
12:00. “Azəryol” - “Təhsil”
14:00. “Qarabağ” – “Dinamo”
Xal durumu: “Kür” - 10, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” - 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.