"Gəncə" və "Neftçi" basketbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər

Komanda
  • 18 sentyabr, 2026
  • 16:05
Gəncə və Neftçi basketbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər

"Gəncə" və "Neftçi" basketbol komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Gəncə kollektivinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni mövsüm öncəsi hazırlıq matçı Bakı İdman Sarayında təşkil olunacaq.

Qarşılaşma sentyabrın 19-da, saat 19:00-da start götürəcək.