Futzal üzrə dünya çempionatı: Xorvatiya Slovakiyanı məğlub edib

Komanda
  • 30 yanvar, 2020
  • 20:49
Futzal üzrə dünya çempionatı: Xorvatiya Slovakiyanı məğlub edib

Futzal üzrə dünya çempionatının Xorvatiyanın Osiek şəhərində təşkil olunmuş elit-raundunda II tura yekun vurulub. 

"Report"un məlumatına görə, C qrupunda turun digər qarşılaşmasında Xorvatiya Slovakiya ilə üz-üzə gəlib. 

Görüş meydan sahiblərin qələbəsi ilə yekunlaşıb - 3:2. Xorvatiya yığması matçın sonlarında penaltini dəqiq yerinə yetirərək, aktivinə növbəti 3 xalı yazdırıb.

Beləliklə, 2 turdan sonra Xorvatiyanın 6, Azərbaycan və Rusiyanın hərəyə 3 xalı var. Slovakiya isə xalsızdır. Son turda Azərbaycan Slovakiyaya qalib gəlsə və Rusiya Xorvatiyanı yenə bilməsə, qrup ikincisi kimi pley-offa vəsiqə qazanacaq.