Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığmasına qalib gəlib - FOTO

Komanda
  • 22 yanvar, 2020
  • 18:42
Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığmasına qalib gəlib - FOTO

Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə növbəti yoldaşlıq oyununu keçirib. 

"Report"un məlumatına görə, Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3.

Millinin heyətində Oliveira Da Nascimento “Vassora”, Tiago Telles Martins “Bolinha”, Eduardo Borges və İsa Atayev fərqlənib.

Bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.

44 filmi