Futzal üzrə Azərbaycan çempionu sona 6 tur qalmış müəyyənləşib
Komanda
- 28 mart, 2018
- 12:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan çempionu müəyyənləşib.
“Report” xəbər verir ki, XXII tur matçında EKOL-u 5:2 hesabı ilə məğlub edən “Araz” qızıl medalları erkən təmin edib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran Naxçıvan təmsilçisi ən yaxın izləyicisi 37 xala malik “Marafon Futsal” üçün əlçatmaz olub.
Düzdür, mövsümün başa çatmasına 6 tur qalmış “Marafon Futsal”ın nəzəri cəhətdən “Araz”la xallarını bərabərləşdirmək imkanı var. Lakin Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv şəxsi oyunlarda üstün olduğu üçün liderliyini əldən verə bilməz.
Qeyd edək ki, bu, ölkənin ən titullu komandası olan “Araz”ın 13-cü çempionluğudur.
Son xəbərlər
00:17
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
Digər ölkələr00:00
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Daxili siyasət23:48
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Fərdi23:28
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Region22:57
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Digər ölkələr22:38
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Digər ölkələr22:18
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Xarici siyasət21:54
Foto
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Fərdi21:50