FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Komanda
  • 01 iyun, 2026
  • 09:17
FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-instruktoru, professor Cengiz Akarçeşme Azərbaycanın qız voleybolçulardan ibarət U-14 yığmasının qonağı olub.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Komandanın məşq prosesini izləyən mütəxəssis voleybolçularla söhbət edib və onlara tövsiyələrini verib.