Fərrux Mahmudov: "Bolqarıstana məğlubiyyət gələcək qələbələrin başlanğıcıdır"

Komanda
  • 13 mart, 2026
  • 12:02
Fərrux Mahmudov: Bolqarıstana məğlubiyyət gələcək qələbələrin başlanğıcıdır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana uduzması gələcək qələbələrin başlanğıcıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında bildirib.

ABF rəsmisi oyunçularla qürur duyduqlarını vurğulayıb:

"İdman yalnız qələbələrdən ibarət deyil. Bəzən ən vacib dərslər məhz çətin oyunlardan sonra gəlir. Oyunçularımızla qürur duyuruq. Məğlubiyyət son deyil, gələcək qələbələrin başlanğıcıdır".

Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 40:120 hesabı ilə uduzub. Komandanın heyətində əsasən gənc və yeniyetmə basketbolçular çıxış edirlər.