Fərid Cəlalov: Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq
Komanda
- 22 aprel, 2024
- 16:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq.
"Report" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət "Murov Az Terminal"ın baş məşqçisi Fərid Cəlalov Azərbaycan çempionatının finalında "Azərreyl"ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis rəqibin hücumda və müdafiədə yaxşı oynadığını bildirib: "Təəssüf ki, sonadək mübarizə aparsaq da, alınmadı. Heyətdə olan bəzi oyunçular üçün bu cür atmosfer yeni idi. Sonluq bizi məyus etdi".
O, Azərbaycan voleybolunda bu cür atmosferi gördüyü üçün xoşbəxt olduğunu söyləyib: "Əsl voleybol həyəcanına şahidlik etdik. Bunu həm meydanda, həm də tribunalarda gördük. Ümid edirəm ki, gənc oyunçular belə matçlarda daha çox təcrübə toplayacaq".
Son xəbərlər
22:15
Kvrivişvili: Azərbaycanla əməkdaşlıq Aİ-yə elektrik enerjisi ixracı imkanlarını genişləndirəcək
Region
22:08
Mixail Malkin: Gələcəkdə qızıl medal qazanacağımıza inanırıq
Fərdi
22:04
SEPAH Hörmüzdə neft tankerlərinin partlayışına görə ABŞ-ni günahlandırıb
Region
21:59
Tofiq Əliyev: Gələcəkdə dünya çempionatında qızıl medal qazanacağam
Fərdi
21:56
"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
Komanda
21:44
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
Digər ölkələr
21:42
Selcan Mahsudova: Yeni tarixə imza atdığımız üçün sevinirəm
Fərdi
21:34
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Digər ölkələr
21:25
Ukrayna Polşaya antidron texnologiyaları verəcək
Digər ölkələr