EEVZA: Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanı sınağa çəkəcək
Komanda
- 06 yanvar, 2024
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxacaq.
"Report" xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litvanı sınağa çəkəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.
Son xəbərlər
09:27
U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
Fərdi
09:20
IMF: "Nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda gömrük prosedurlarının harmonizasiyasını tələb edir"
İnfrastruktur
09:13
UEFA Avropa Liqasında II tura start verilir
Futbol
09:06
Cihad Azur: "Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək"
İnfrastruktur
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.10.2026)
Maliyyə
09:00
Azərbaycanın minifutbol üzrə U-23 millisi bu gün Slovakiya ilə üz-üzə gələcək
Futbol
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.10.2026)
Maliyyə
08:58
Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib
Xarici siyasət
08:51
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət