Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib

Komanda
  • 26 noyabr, 2021
  • 11:58
Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib
Cavid Qurbanov

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Voleybol Federasiyasının (AVF) hesabat-seçki konfransı keçirilib.

"Report"un məlumatına görə, konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Sonra AVF-nin hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib.

Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. C.Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev I vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident, Nicat Quliyev və Kamal Hüseynli AVF İdarə Heyətinə üzv seçiliblər.

Konfransda həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.