Azərbaycanlı məşqçi Macarıstanda keçiriləcək beynəlxalq kursa qəbul olunub
Komanda
- 11 sentyabr, 2025
- 17:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Basketbol Federasiyasının UGBL U-13 liqasında fəaliyyət göstərən məşqçisi İlham Ağayev Macarıstan İdman Elmləri Universitetində keçiriləcək Beynəlxalq Məşqçilik Kursuna (ICC) qəbul olunub.
Bu barədə "Report"a Basketbol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin "Olympic Solidarity" dəstəyi ilə həyata keçirilir. Məşqçi 8 həftəlik kurs ərzində beynəlxalq təcrübə qazanaraq ölkə basketbolunun inkişafına töhfə verəcək.
Qeyd edək ki, bir müddət əvvəl eyni kursa Azərbaycanı təmsil edən ilk məşqçi olaraq Ləman İbrahimova qəbul olunmuşdu. Artıq hər iki məşqçi birlikdə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.
Son xəbərlər
13:45
İspaniyada Qərbi Afrikadan gələn 268 qeyri-qanuni miqrant xilas edilib
Digər ölkələr13:41
"Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib
Komanda13:36
Lukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib
Digər ölkələr13:27
Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
Ekologiya13:20
Mirbağır İsayev: "Milli Litva ilə matçda qələbəyə layiq idi"
Futbol13:14
Foto
Lüksemburqda Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət13:07
Qadın voleybolçulardan ibarət "Turan" klubunun Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
Komanda13:06
Video
Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
Hərbi13:05