Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək

Komanda
  • 29 iyun, 2026
  • 12:26
Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək

Azərbaycanın qadın basketbolçulardan ibarət U-20 millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.

44 - Tezliklə