Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb

Komanda
  • 25 iyul, 2026
  • 17:12
Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.

"Report" xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geri döünş edərək 77:68 hesablı qələbəyə sevinib.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Qeyd edək ki, Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.