İslamiada: Azərbaycanın qadınlardan ibarət basketbol yığması 1/4 finala yüksəlib

Komanda
  • 14 avqust, 2022
  • 17:05
İslamiada: Azərbaycanın qadınlardan ibarət basketbol yığması 1/4 finala yüksəlib

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib. 

 Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək. 

19:45

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ilk görüşündə Türkiyə seçməsi ilə qarşılaıb. Turnirin favoritinə qarşı gərgin keçən matçda Azərbaycan 14:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, milli komanda qrupdakı növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 20.35 -də Qırğızıstana qarşı olacaq.

44 - Tezliklə