Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub
Komanda
- 03 aprel, 2024
- 14:34
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
“Report”un məlumatına görə, 5-ci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.
Son xəbərlər
19:12
Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub
Digər ölkələr19:08
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
Hadisə19:00
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
Region18:50
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət18:50
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
Hadisə18:47
Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
Ekologiya18:37
Foto
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
Mədəniyyət siyasəti18:23
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Digər ölkələr18:16