Azərbaycanın həndbol millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Komanda
  • 11 oktyabr, 2023
  • 17:44
Azərbaycanın həndbol millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, yığma ilk görüşünə səfərdə çıxıb.

Komanda Skopyedə Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 40:17.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.