Azərbaycanın daha bir boksçusu finala yüksəlib
Komanda
- 29 iyun, 2024
- 06:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın daha bir təmsilçisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.
"Report" xəbər verir ki, Nihat Qasımov (48 kq) yarımfinalda Filip Stanoyeviçi (Serbiya) məğlub edib.
O, rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gələrək həlledici döyüşə yüksəlib.
Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Corciya La Rosa, Əminə Tağı (52 kq) Mariya Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Rəqiblər finala vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.
Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə (+80 kq) finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da baş tutacaq.
Son xəbərlər
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr
19:08
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Energetika
18:59
Foto
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Fərdi
18:52
Foto
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib
Ekologiya
18:50
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
Digər ölkələr