Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
Komanda
- 12 iyul, 2026
- 21:10
Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.
Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.
Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.
Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.
Son xəbərlər
04:44
UKMTO: Hörmüz boğazının Oman sahillərində naməlum mərmi gəmini vurub
Digər ölkələr04:10
Rodri "Real Madrid"ə keçmək niyyətindədir
Futbol03:41
"Haluk Levent işi"nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib
Region03:04
ABŞ Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib
Digər ölkələr02:43
Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir
Xarici siyasət02:15
"Politico": FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
Digər ölkələr01:47
Türkiyədə terror cinayətlərinin istintaqı ilə bağlı müstəqil büro qurulacaq
Region01:08
"Al Hadath": Əli əl-Amudi Qəzza zolağında HƏMAS-ın rəhbəri seçilib
Digər ölkələr00:59