Azərbaycan voleybol çempionatı: “Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb

Komanda
  • 15 aprel, 2024
  • 12:35
Azərbaycan voleybol çempionatı: “Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

“Report”un məlumatına görə, raundun ilk görüşündə “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada birincilər asan qələbə qazanıblar. Görüşün taleyini 3 setdə həll edən “Azərreyl” (25:15, 25:17, 25:12) rəqibin müqaviməti ilə üzləşməyib. Komandalar arasında cavab matçı aprelin 17-də baş tutacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütündə aprelin 16-da “Murov Az Terminal” ilə “Neftçi” qarşılaşacaq.

44 - Tezliklə