Azərbaycan qadın voleybol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb

Komanda
  • 20 avqust, 2022
  • 15:21
Azərbaycan qadın voleybol millisi təsnifat mərhələsinə qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundak ilk matçında Gürcüstanı qəbul edib.

Bakı Voleybol Mərkəzindəki görüş Azərbaycanın 3:0 (28:26, 25:11, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti görüş avqusutn 28-də Gürcüstanda olacaq.