Azərbaycan millisinin yeni baş məşqçisi: "Gənc voleybolçularda yaxşı potensial var"

Komanda
  • 24 noyabr, 2025
  • 17:48
Azərbaycan millisinin yeni baş məşqçisi: Gənc voleybolçularda yaxşı potensial var

Azərbaycanın gənc voleybolçularında yaxşı potensial var.

Bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol millisinin yeni baş məşqçisi Boris Qrebennikov deyib.

O, yığmanın hazırkı durumundan və görmək istədiyi işlərdən danışıb:

"Bu gün milli komandanın əksər oyunçuları karyeralarının son mərhələlərindədir. Mənim vəzifəm ilk növbədə onları motivasiya etmək və təcrübəli oyunçuları yenidən həvəslə oynamağa kökləməkdir. İkinci vəzifəm isə gənc oyunçuları tez zamanda əsas milliyə inteqrasiya etməkdir. Gənc oyunçularda çox yaxşı potensial var. Gənclərdən ibarət komanda özünü III MDB Oyunlarında da yaxşı tərəfdən göstərdi. Ona görə də təcrübə və gənclik arasında sintez yaratmaq lazımdır ki, komanda yüksək nəticələr qazansın. Ola bilər ki, bunun üçün bir il, iki il yox, daha çox vaxt lazim olsun. Lakin bu, Azərbaycan millisinin layiqli şəkildə çıxış edib yüksək nəticələr qazanması üçün ən optimal metoddur".

Qeyd edək ki, Boris Qrebennikov "Azərreyl"in kişilərdən ibarət komandasını da çalışdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti