Azərbaycan millisinin baş məşqçisi: "Qazaxıstan, Özbəkistan və Qətər güclü rəqiblərdir"
Komanda
- 29 oktyabr, 2025
- 11:26
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında güclü rəqiblərlə qarşılaşacaq.
Bunu "Report"a komandanın baş məşqçisi Aleksandr Revva deyib.
Mütəxəssis hər matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib:
"Komanda oktyabrın 30-da Bakıya qayıdacaq və noyabrın 10-dək "AHF Arena"da hazırlığı tamamlayacaq. Rəqiblərə gəlincə, Qazaxıstan komandasının iki oyununun videosu bizdə var, Özbəkistanla da tanışıq. Hələlik Qətər yığması bizim üçün naməlumdur. Onların oyunlarının videoyazılarını tapmağa çalışacağıq. Qazaxıstan, Özbəkistan və Qətər komandaları güclü rəqiblərdir. Hər oyunda qələbə qazanmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər yığmaları ilə mübarizə aparacaq.
Son xəbərlər
23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32
Antonelli "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsində qalib olub
Formula 122:05
Foto
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb
Daxili siyasət22:02
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
Region21:51