Azərbaycan millisinin baş məşqçisi: "ABŞ-dən olan basketbolçunun bizə çox köməyi dəyəcək"

Komanda
  • 21 noyabr, 2025
  • 14:55
Azərbaycan millisinin baş məşqçisi: ABŞ-dən olan basketbolçunun bizə çox köməyi dəyəcək

ABŞ-dən olan basketbolçu Uesli Van Bekin Azərbaycan millisinə çox köməyi dəyəcək.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Tahir Baxşıyev açıqlama açıqlama verib.

O, oyunçunun heyətə cəlb edilməsi ilə bağlı danışıb:

"Uesli Van Beki "Petkim"də oynayanda izləmişdim. Oyununu bəyənirdim. Biz də yeni oyunçu axtarırdıq. Danışıqlara başladıq və komandada çıxış etməsi alındı. Bizim milliyə çox köməyi dəyəcək. Təcrübəli oyunçudur, Avropa təcrübəsi var".

Mütəxəssis 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin ilk oyunları ilə bağlı fikirlərini bölüşüb:

"Artıq dörd gündür ki, hazırlığa start vermişik. Böyük heyətlə, gənc basketbolçularla başlamışıq. Ancaq bu gündən 13 oyunçu saxlamışıq. Noyabrın 24-dək məşqlər davam edəcək. Daha sonra səfərə yollanacağıq. İlk oyunda Şimali Makedoniya ilə üz-üzə gələcəyik. Çətin matç olacaq. Rəqibin heyətində təcrübəli oyunçular var. Ancaq yaxşı oynamağa və gücümüzü göstərməyə çalışacağıq. Bizdə gənc oyunçular çoxdur. Özlərini göstərmək üçün şans əldə edəcəklər. Lüksemburqla isə Bakıda qarşılaşacağıq. Hər iki görüşdə əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç gün sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti