Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib

Komanda
  • 26 may, 2025
  • 21:30
Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala yüksəlib.

"Report" xəbər verir ki, yığma qrupdakı ilk oyununda Niderlanda 13:19 hesabı ilə məğlub olub.

İkinci görüşdə komanda Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını 1/4 finala yazdırıb.

Milli bu raundda C qrupunun lideri Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, oyun mayın 27-də, saat 18:15-də başlayacaq.