Azərbaycan futzal millisinin media üçün açıq məşqi keçirilib

Komanda
  • 12 sentyabr, 2023
  • 07:05
Azərbaycan futzal millisinin media üçün açıq məşqi keçirilib

Futzal üzrə DÇ-2024-ün elit mərhələsində səfərdə Rumıniya, evdə isə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi növbəti məşqinə çıxıb.

"Report"un məlumatına görə, "Olimpik Star"da reallaşan hazırlıq prosesi media üçün açıq olub.

Komanda sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.

İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki "Romeo Lamadi Arena"da məşq edəcək təmsilçimiz qarşılaşmanın ertəsi günü Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək isə hazırlıq Bakı İdman Sarayında davam edəcək.

Qeyd edək ki, sentyabrın 15-də Rumıniyanın qonağı olacaq Azərbaycan yığması beş gün sonra Niderlandı qəbul edəcək.

44 - Tezliklə