Azərbaycan çempionatlarında ilin ilk oyunlarının vaxtları müəyyənləşib
- 02 yanvar, 2026
- 12:40
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında 2026-cı ilin ilk oyunlarının vaxtı açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Kişilərin yarışında VIII tura yanvarın 6-da "Neftçi" - "Gənclər" matçı ilə start veriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq. Saat 18:00-da "Ordu" - Murov Az Terminal" görüşü keçiriləcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında olacaq. VIII turun "Gəncə" - "Milli Aviasiya Akademiyası" matçı yanvarın 9-da saat 15:00-da start götürəcək. Bu oyun isə Gəncə İdman Sarayında təşkil ediləcək.
Yanvarın 9-da, saat 16:00-da, FHN-nin idman zalında II turdan təxirə salınmış "Azerreyl" - "Gənclər" qarşılaşması baş tutacaq.
Qadınların mübarizəsində isə VI turdan təxirə salınmış matç yanvarın 6-da olacaq. Saat 17:00-da "Murov Az Terminal" - "Abşeron" oyunu keçiriləcək. VIII turun "Turan" - "Azerreyl" görüşü yanvarın 8-də saat 14:00-da, "DH Volley" - UNEC qarşılaşması saat 18:00-da keçiriləcək. "Gəncə" - "Milli Aviasiya Akademiyası" dueli isə yanvarın 9-da saat 15:00-da başlanacaq.