Azərbaycan çempionatında təxirə salınan oyunların vaxtı dəqiqləşib
- 19 yanvar, 2023
- 10:38
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.
Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
Ardından kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınıb.