Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub

Komanda
  • 16 aprel, 2023
  • 12:56
Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub.

"Report"un məlumatına görə, bağlanış oyununda "Zirvə Astara" "Olimpik Şəki"ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən meydan sahiblərinin 92:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (27 xal, 9 asist) olublar.

Qeyd edək ki, 26 turdan sonra "Zirvə Astara" 32 xalla 7-ci, "Olimpik Şəki" isə 28 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

44 - Tezliklə