Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək

Komanda
  • 09 oktyabr, 2026
  • 09:45
Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

"Sumqayıt" evdə "Naxçıvan"ı qəbul edəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.