Azərbaycan Basketbol Liqası: "Sabah" komandası çətin qələbə qazanıb

Komanda
  • 18 yanvar, 2023
  • 17:57
Azərbaycan Basketbol Liqası: Sabah komandası çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sabah" və "Olimpik Şəki" komandaları qarşılaşıblar. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.

Qeyd edək ki, XIV turun "Zirvə Astara" - "AAAF Xırdalan", "Sərhədçi PİK" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək.