Azərbaycan Basketbol Liqası: “Gəncə” öz meydanında qələbə qazanıb

Komanda
  • 11 fevral, 2023
  • 17:52
Azərbaycan Basketbol Liqası: “Gəncə” öz meydanında qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Gəncə” ilə “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada meydan sahibləri yeni transferlərinin uğurlu çıxışı sayəsində rəqibi üzərində 92:78 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Cordan Endryus (24 xal, 10 ribaund), “AAAF Xırdalan”dan Endryu Korum (21 xal, 12 ribaund) olublar.