Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb

Komanda
  • 26 avqust, 2026
  • 18:12
Avropa çempionatı: Portuqaliya millisi Bakıda ilk qələbəsini qazanıb

Portuqaliya millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, komanda günün ilk matçında İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşma 3:1 hesabı ilə bitib.

Günün ikinci görüşündə Azərbaycan yığması Belçika ilə qarşılaşacaq. Bu oyun saat 18:30-da start götürəcək.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda təşkil olunacaq.