ABF rəsmiləri FIBA-nın assambleyasında iştirak ediblər

Komanda
  • 11 may, 2024
  • 11:26
ABF rəsmiləri FIBA-nın assambleyasında iştirak ediblər

Mayın 10-11-də Sloveniyanın Portoroz şəhərində FIBA Avropa Baş Assambleyası (FIBA Europe General Assembly) keçirilib.

"Report" Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə istinadən xəbər verir ki, assambleyaya ABF rəsmiləri də qatılıblar.

50 milli assosiasiyanın rəsmilərinin iştirak etdiyi tədbirdə ABF-ni prezident Emin Əmrullayev, baş katib Vüqar Əzimov və icraçı direktor Anar Rzazadə təmsil ediblər