SOCAR-ın əməkdaşı “Heydər Əliyev” zirvəsinə yürüşdə iştirak edib - FOTO
- 10 may, 2017
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 may. REPORT.AZ/ Bu il mayın 8-9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ''Heydər Əliyev'' zirvəsinə yürüş keçirilib. SOCAR-ın əməkdaşı, “SOCAR Midstream” şirkətinin layihə koordinatoru Anar Hacıyev də yürüşdə iştirak edib.
“Report” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
“Hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində 3751 metr hündürlükdə yerləşən ''Heydər Əliyev'' zirvəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş ənənəyə çevrilib.
Bu il keçirilən yürüş müvəffəqiyyətlə başa çatıb. İştirakçılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif olunublar”,- məlumatda qeyd olunub.