Rusiyadan Azərbaycana silah keçirilməsinə cəhd olub - FOTO

İqtisadiyyat
  • 07 may, 2016
  • 09:29
Rusiyadan Azərbaycana silah keçirilməsinə cəhd olub - FOTO

Bakı. 7 aprel. REPORT.AZ/ Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.