Özbəkistan və ADB 12 milyard dollarlıq tərəfdaşlıq proqramı imzalayıb

İqtisadiyyat
  • 04 may, 2026
  • 09:52
Özbəkistan və ADB 12 milyard dollarlıq tərəfdaşlıq proqramı imzalayıb

Özbəkistan və Asiya İnkişaf Bankı (ADB) 12 milyard ABŞ dolları dəyərində yeni tərəfdaşlıq proqramı imzalayıb.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ADB Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.

"Dünən biz bankla 12 milyard dollarlıq yeni tərəfdaşlıq proqramı imzaladıq. Hamınıza yaxşı məlumdur ki, indiki təlatümlü dövrdə dünya iqtisadiyyatında mürəkkəb dəyişikliklər baş verir, yeni texnologiyalar sürətlə mənimsənilir. Şərait özü tələb edir ki, davamlı inkişafı təmin etmək üçün biz bankla birlikdə yeni mexanizmlər və səmərəli yanaşmalar tətbiq edək", - Ş.Mirziyoyev vurğulayıb.