İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

İqtisadiyyat
  • 06 fevral, 2016
  • 12:03
İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 6 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirlikdən "Report"a verilən məlumata görə, şura Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanının icrası olaraq yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxil edilib.