İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edəcək

İqtisadiyyat
  • 19 oktyabr, 2017
  • 12:48
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edəcək
Iqtisadiyyat naziri Şahin Mustafayev
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.  

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının binasında (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 2) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün office@economy.gov.az elektron poçt ünvanı və (012) 493-14-56, 493-88-67 (daxili 21-05), (055) 257-60-90 nömrəli telefonlarla (əlaqələndirici şəxs Elmar Hacıyevdir), 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynovdur, tel.: (022) 337-82-81, (055) 206-88-52, e-poçt: elbrus.huseynov@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internetdəki və "Facebook" sosial şəbəkəsindəki səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.