ADSEA-nın səlahiyyətləri artırılıb
- 10 sentyabr, 2025
- 14:42

"Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası"nda dəyişikliklər edilib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edəcək.
Su hövzələri üzrə su təsərrüfatı, inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balansı ADSEA tərəfindən Azərbaycan və Naxçıvan ETSN iştirakı ilə birlikdə hər il may ayının sonunadək tərtib ediləcək.
Qərarda qeyd edilib ki, ADSEA illik su təsərrüfatı balansını və ona əlavə olunan su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının layihələrini tərtib edərək Nazirlər Kabinetinə təqdim edəcək.