Zəngilanın 104 mənzilli yaşayış kompleksində müasir memarlıq yanaşmaları əsas götürülüb

İnfrastruktur
  • 30 oktyabr, 2025
  • 11:23
Zəngilanın 104 mənzilli yaşayış kompleksində müasir memarlıq yanaşmaları əsas götürülüb

Zəngilanın 104 mənzilli yaşayış kompleksində müasir memarlıq yanaşmaları əsas götürülüb.

"Report"un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Prezidentin izi ilə" rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.

O qeyd edib ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub:

"Burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Kompleksdə müvafiq avadanlıqla təchiz olunmuş uşaq və idman meydançaları quraşdırılıb".

Xidmət rəsmisi vurğulayıb ki, məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var:

"Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su rezervuarları və transformator kimi mühəndis qurğuları da quraşdırılıb. Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir".

Son xəbərlər

Bütün Xəbər Lenti