Xudatda kanalizasiya xətlərini zibil basıb, yerli qurumlar problemin həlli üçün hərəkətə keçib

İnfrastruktur
  • 16 sentyabr, 2025
  • 16:08
Xudatda kanalizasiya xətlərini zibil basıb, yerli qurumlar problemin həlli üçün hərəkətə keçib

Xaçmaz rayonu Xudat şəhərinin bəzi ərazilərində kanalizasiya xətlərini zibil basıb, müvafiq qurumlar problemin həlli üçün hərəkətə keçiblər. 

"Report"un Şimal bürosunun məlumatına görə, məişət tullantılarının daşınmaması və kanalizasiya sularının ətrafa axması səbəbindən Xudatın General Mahmud Əbilov küçəsini kəskin üfunət qoxusu bürüyüb.

Sakinlər yaranmış vəziyyət üzündən xüsusilə uşaqlar arasında yoluxucu xəstəliklərin yayıla biləcəyindən narahatlıqlarını ifadə ediblər. Onların sözlərinə görə, problemin həlli üçün rayonun aidiyyəti qurumlarına ardıcıl müraciətlərinin bu günə qədər nəticəsi olmasa da, artıq "buz" tərpənib.  

Məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sakinləri narahat edən problem dərhal nəzarətə götürülüb. Qeyd edilib ki, aidiyyəti üzrə qurumlara verilən müvafiq tapşırıqlara əsasən, sözügedən ərazinin məişət tullantılarından və çirkab sulardan təmizlənməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti