Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub

İnfrastruktur
  • 14 yanvar, 2023
  • 04:21
Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub

Xaçmaz rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə “Report”un Şimal bürosuna Xaçmaz Elektrik Şəbəkədən (EŞ) məlumat verilib.

Bildirilib ki, rayon ərazisində küləyin törətdiyi fəsadlar operativ şəkildə aradan qaldırılır və yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilir.

Hal-hazırda “Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.

Xatırladaq ki, ötən gün Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalmışdı.

44 - Tezliklə