Vüsal Qasımlı: Azərbaycan regionda rolunu möhkəmləndirmək üçün nəqliyyat bağlantılarını gücləndirir

İnfrastruktur
  • 18 noyabr, 2025
  • 16:52
Vüsal Qasımlı: Azərbaycan regionda rolunu möhkəmləndirmək üçün nəqliyyat bağlantılarını gücləndirir

Azərbaycan nəqliyyat və logistika bağlantılarının inkişafını öz iqtisadi strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirir.

"Report"un verdiyi məlumata görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda bildirib.

Onun sözlərinə görə, ölkə regional və beynəlxalq nəqliyyat marşrutlarında öz rolunu möhkəmləndirmək üçün infrastruktura investisiya qoyuluşunu artırır.

"Azərbaycan bağlantıların inkişafına böyük vəsait yatırır. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təxminən 15 milyon ton ötürmə qabiliyyəti ilə bu gün Xəzər sahilində ən böyük limandır. Keçən il Prezident İlham Əliyev onun gücünün ildə 25 milyon tona qədər artırılmasını tapşırıb", - V.Qasımlı vurğulayıb.

O əlavə edib ki, limanın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycana əsas tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməyə, regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmağa imkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti