UNFCCC: Azərbaycan və Türkiyə dairəvi iqtisadiyyat üzrə praktiki əməkdaşlığı gücləndirməlidir
- 10 sentyabr, 2026
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Türkiyə dairəvi iqtisadiyyat üzrə praktiki əməkdaşlığı gücləndirməlidir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) 4-cü günündə deyib.
Onun sözlərinə görə, dairəvi iqtisadiyyata xüsusi olaraq baxsaq, resursların çıxarılması, istehsal, istehlak və tullantıların idarə olunması iqlim probleminin əsasını təşkil edir: "Məhsulları necə əldə etməyimiz, istehsal, istifadə və tullantıya çevirdikdən sonra necə idarə etməyimiz qlobal emissiyaların, resurs qeyri-müəyyənliyinin və həssaslığın böyük bir hissəsinə səbəb olur. Sərfiyyatın qarşısının alınması, təkrar istifadə, təmir, təkrar emal və daha ağıllı biznes modelləri üzərində qurulan dairəvi iqtisadiyyat iqlim dəyişmələrinin yumşaldılması, uyğunlaşma və davamlılıq üçün birbaşa rıçaqdır. Bu, kağız üzərindəki iqlim iddiaları ilə yerdəki icra mexanizmi arasında ən aydın körpülərdən biridir."
D. Violetti qeyd edib ki, COP31-in keçiriləcəyi Antalyaya doğru irəlilədikcə dairəvi iqtisadiyyatı investisiya imkanlarına, prinsipləri isə siyasətə çevirmək üçün Bakıdan gələn impulsu davam etdirməliyik: "Türkiyə, Azərbaycan, yaxın və uzaq tərəfdaşlar arasında praktiki əməkdaşlıq qurmalıyıq ki, COP31 sistemin işlədiyinin sübutu kimi buna istinad edə bilsin. Hazırkı icra dövründə məhz bu növdən olan praktiki müzakirələrə ehtiyac duyulur".