Anaklaudia Rossbax Afrikanı mənzil böhranının həlli üçün daxili resursları səfərbər etməyə çağırıb

İnfrastruktur
  • 19 may, 2026
  • 12:35
Anaklaudia Rossbax Afrikanı mənzil böhranının həlli üçün daxili resursları səfərbər etməyə çağırıb

Afrikada mənzil probleminin həlli qitə ölkələrinin öz daxili resursları cəlb edilmədən mümkün deyil.

"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bildirib.

"Qitədə mənzil böhranının aradan qaldırılması üçün beynəlxalq maliyyə vəsaitləri yetərli deyil. Əsas şərt davamlı milli mənzil maliyyələşdirmə mexanizmlərinin formalaşdırılması, həmçinin şəhərlərə zəruri maliyyə səlahiyyətlərinin verilməsidir. Keniyanın təcrübəsi buna bariz nümunədir - üç il ərzində 270 000 evin inşası üçün 4 milyard dollar - və son 10-15 il ərzində 350 000 mənzilin inşa edildiyi Anqola", - A.Rossbax vurğulayıb.

44 filmi