UN-Habitat: Mənzilə investisiyalar iqtisadi bərpanın hərəkətverici qüvvəsi ola bilər
- 21 may, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil sektoruna investisiyalar iqtisadi inkişafın və böhranlardan sonra icmaların bərpasının əsas hərəkətverici qüvvələrindən biri ola bilər.
"Report" xəbər verir ki, bunu UN-Habitat proqramının rəhbəri Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil böhranın aradan qaldırılması və yenidənqurmanın əsası kimi" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ərazilərin bərpası zamanı təkcə mənzil tikintisi deyil, həm də icmaların davamlı inkişafı üçün zəruri olan infrastrukturun və əsas xidmətlərin inkişafına diqqət yetirmək vacibdir.
"Təkcə infrastruktur yaratmaq deyil, həm də xidmətlərə çıxışı təmin etmək lazımdır, çünki məhz onlar icmaların sonrakı böyüməsinin və davamlılığının əsasını formalaşdırır", - o qeyd edib.
Rossbax vurğulayıb ki, mənzil sektoruna geniş dəyər yaratma zənciri olan tamhüquqlu iqtisadiyyat sahəsi kimi baxılmalıdır.
"Mənzil sektoru həm böyük, həm də kiçik biznesi dəstəkləməyə qadir olan bir sənayedir", - o deyib.
Onun sözlərinə görə, mənzil tikintisindəki investisiyalar yerli iqtisadiyyat üçün multiplikativ effekt yaradır, məşğulluğun artmasına, əhalinin gəlirlərinin yüksəlməsinə kömək edir və iqtisadi bərpanı stimullaşdırır.
O həmçinin qeyd edib ki, mənzilə qoyulan vəsaitləri xərc kimi deyil, iqtisadiyyatın inkişafı və icmaların davamlılığının gücləndirilməsi üçün uzunmüddətli alət kimi qəbul etmək lazımdır.