UN-Habitat: Maliyyə institutları mənzil sektoruna kifayət qədər diqqət ayırmır

İnfrastruktur
  • 21 may, 2026
  • 10:28
UN-Habitat: Maliyyə institutları mənzil sektoruna kifayət qədər diqqət ayırmır

Beynəlxalq maliyyə institutları bərpa və inkişaf üçün vəsaitlərin bölüşdürülməsi zamanı mənzil sektoruna kifayət qədər diqqət ayırmır.

"Report" xəbər verir ki, bunu UN-Habitat proqramının rəhbəri Anaklaudia Rossbax WUF13 çərçivəsində "Mənzil böhranın aradan qaldırılması və yenidənqurmanın əsası kimi" mövzusuna həsr olunmuş tədbirlə çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, humanitar və uzunmüddətli mənzil proqramlarının maliyyələşdirilməsi arasında ciddi disbalans mövcuddur.

Rossbax qeyd edib ki, humanitar fondlar əsasən təcili yardım və insanların müvəqqəti yerləşdirilməsinə yönəlib, halbuki beynəlxalq inkişaf banklarının portfellərində mənzil sahəsində uzunmüddətli layihələrin payı son dərəcə aşağı olaraq qalır.

"Mənzil sektoru beynəlxalq inkişaf maliyyələşdirilməsi çərçivəsində vəsaitlərin çox kiçik bir hissəsini alır", - o dedi.

Rossbaxın sözlərinə görə, mənzil məsələlərini səmərəli həll edə bilmiş ölkələr əsasən daxili maliyyə mexanizmlərindən istifadə ediblər.

Proqram rəhbəri vurğulayıb ki, mənzil proqramlarının humanitar və uzunmüddətli maliyyələşdirilməsi arasında ciddi disbalans mövcuddur.

A.Rossbax qeyd edib ki, humanitar fondlar əsasən təcili yardıma və insanların müvəqqəti yerləşdirilməsinə yönəldiyi halda, beynəlxalq inkişaf banklarının portfellərində mənzil sahəsində uzunmüddətli layihələrin payı aşağı olaraq qalır: "Mənzil sektoru beynəlxalq inkişafın maliyyələşdirilməsi çərçivəsində vəsaitlərin çox kiçik bir hissəsini əldə edir".

Onun sözlərinə görə, mənzil məsələlərini effektiv şəkildə həll etməyə müvəffəq olan ölkələr əsasən daxili maliyyə mexanizmlərindən istifadə ediblər.

44 - Tezliklə