UN-Habitat-ın direktoru: "Dünyada mənzil böhranı narahatedici miqyaslarda böyüyür"

İnfrastruktur
  • 18 may, 2026
  • 17:05
UN-Habitat-ın direktoru: Dünyada mənzil böhranı narahatedici miqyaslarda böyüyür

Hazırda dünyada mənzil böhranı narahatedici miqyaslarda böyüyür.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) direktoru Patrik Kanaqasinqham Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil tikintisi və şəhərsalma məsələləri üzrə nazirlərin və ali vəzifəli şəxslərin forumunun (MINURVI) sessiyasında bildirib.

Onun sözlərinə görə, iqlim riskləri artır, şəhərlərdə bərabərsizlik genişlənir: "Amma Latın Amerikası və Karib hövzəsi bu məsələyə ən aşağı səviyyədən başlamır. Regionun bu istiqamətdə zəngin təcrübəsi var. Ən mühüm məqam odur ki, onlar bununla bağlı problemlərin həllində innovasiyaya üstünlük verir".

O vurğulayıb ki, 2026-2029-cu illərdə mənzil məsələsi mühüm əhəmiyyət daşıyır: "Hazırda mənzilə sadəcə sektor kimi yanaşılır. Halbuki mənzil sahəsi hər şeydir. Çünki mənzil ilə iqlim, iqtisadi bərpa, onun təmin etdiyi sosial sabitlik arasındakı əlaqə var. Mənzil ilə bağlı çox yaxşı pilot layihələrimiz olur. Uğurlu proqramlarımız var. Lakin onlar əhatə baxımından kifayət qədər insana çatmır".

44 filmi